Azərbaycanda bu il korrupsiya cinayətləri üzrə 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilib

Azərbaycanda bu il korrupsiya cinayətləri üzrə 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilib
# 03 oktyabr 2013 09:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu il Azərbaycanda korrupsiyaya görə məsuliyyətə cəlb edilərək məhkəmə qarşısına çıxarılan vəzifəli şəxslərdən bəraət alan olmayıb.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu ilin 9 ayı ərzində məhkəmələrə göndərilən və mahiyyəti üzrə baxılmış bütün işlər üzrə ittiham hökmləri çıxarılıb, təqsirləndirilən şəxslərdən bəraət alanı olmayıb. İstintaqı başa çatdırılan cinayət işləri üzrə 3 milyon 358 min manat dəyərində əmlak üzərinə həbs qoyulması təmin edilib. İstintaqı aparılan və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR