Mayın 15-də Bakıda əməkdar artist Nərgiz Kərimovanın solo konserti keçiriləcək

Mayın 15-də Bakıda əməkdar artist Nərgiz Kərimovanın solo konserti keçiriləcək
# 13 may 2014 19:21 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mayın 15-də Azərbaycan Dövlət Kamera və Orqan Musiqi Zalında Dövlət Musiqili Teatrının solisti, əməkdar artist Nərgiz Kərimovanın solo konserti olacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Dövlət Fortepiano triosu – əməkdar artistlər Nərgiz Əliyarova (piano) və Tövhə Babayevanın (violin) müşayiəti ilə keçiriləcək konsert proqramında Azərbaycan, rus və qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Qeyd edək ki, Nərgiz Kərimova 1994-cü ildən Azərbaycan Dövlət Teleradio şirkətinin solistidir. Moskva, Sankt Peterburq, London və Bakının bir çox nüfuzlu konsert salonlarında, dövlət tədbirlərində çıxış edib. O, 2002-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrının aktyorudur. 2003-cü ildə teatr sənəti sahəsində qazandığı uğura görə «İlin ən yaxşı gənc aktrisası» nominasiyası üzrə fəxri fərmanla təltif edilib. Vokalçı həmçinin 2012-ci ildə Qazaxıstanın Karaqanda şəhərində keçirilən “Docstar” I Beynəlxalq açıq müsabiqəsində birinci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR