AMEA-da Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı çərçivəsində treninq keçirilib

AMEA-da Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı çərçivəsində treninq keçirilib
# 09 aprel 2014 08:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə "Horizon - 2020" proqramı çərçivəsində treninq keçirilib.

APA-nın məlumatına görə, treninqdə Beynəlxalq Əlaqələr İdarəsi və Regional İnnovativ Texnologiyaları Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə Xarici İşlər və Təhsil nazirliklərinin, Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun nümayəndələri və beynəlxalq ekspertlər iştirak edib.

Treninqdə "Horizon - 2020" proqramı çərçivəsində Avropa Birliyi (AB), Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmin təşkilatların İKT sahəsində birgə fəaliyyət imkanları müzakirə olunub.

AB-nin Azərbaycandakı nümayəndəsi Rza Zülfüqarov treninq haqqında məlumat verərək bildirib ki, AB nümayəndələri ilə həyata keçirilən bu cür görüşlər elm və biznes əlaqələri ilə yanaşı, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir.

Daha sonra treninqdə iştirak edən ekspertlər müxtəlif mövzular ətrafında iştirakçıları məlumatlandırıblar.

AMEA-nın Beynəlxalq Elmlər Akademiyaları ilə iş üzrə şöbə müdiri Bünyamin Seyidov "Horizon - 2020" çərçivəsində Şərq ölkələri ilə əlaqələr, norveçli ekspert Kim Davis İKT, latviyalı ekspert Dina Berzina "Horizon - 2020" proqramı çərçivəsində iştirak üçün sənədlərin tərtibatı ilə bağlı məlumat veriblər.

Qeyd edək ki, iki gün davam edəcək treninq "Horizon - 2020" proqramı müddətində nəzərdə tutulan 5 tədbirdən ikincisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR