Bakı-Qazax yolunda dəhşətli qəza baş verib

Bakı-Qazax yolunda dəhşətli qəza baş verib
# 28 fevral 2014 12:54 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə yolun 172-ci kilometrliyində, Kürdəmir rayonunun Sığırlı kəndində qeydə alınıb. Ağdaş rayon sakini Əli Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili ilə yolun kənarı ilə velosipedlə hərəkət edən şəxsi vurub. Velosipeddən yıxılaraq maşının altına düşən şəxsin bədəni iki yerə bölünərək tanınmaz hala düşüb. Dünyasını dəyişən velosipedçinin Karrar kənd sakini, 1985-ci il təvəllüdlü Heydərov Samir Çapay oğlu olduğu məlum olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR