Zemfira Meftahəddinova Dünya Kubokunda 19-cu yeri tutub

Zemfira Meftahəddinova Dünya Kubokunda  19-cu yeri tutub
# 15 aprel 2014 13:30 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Tuson şəhərində keçirilən stend atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, 6 gün davam edən yarışı Azərbaycan millisi üçün uğurlu saymaq olar. Belə ki, uzun fasilədən sonra təmsilçimiz Dünya Kubokunun finalına vəsiqə qazanmağı bacarıb.

Skit növündə hədəf önünə keçən Nurlana Cəfərova təsnifat mərhələsini 4-cü yerdə başa vuraraq, həlledici mərhələyə yüksəlib. Lakin o, burada mükafatçılar sırasına düşə bilməyib və 5-ci olub.

Olimpiya çempionumuz Zemfira Meftahəddinova isə yarışı erkən başa vurub. O, bu dəfə 19-cu yeri tutub. Skit növündə mübarizə aparan Paşa Əhədpurla Emin Cəfərov isə müvafiq olaraq, 27-ci və 65-ci pillədə qərarlaşıb.

Trap növündə ölkəmizi təmsil edən Elvin İsmayılov da okeanın o tayından medalsız qayıdır. O, 80 idmançı arasında 74-cü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR