İraqda naməlum şəxslər 5 zabiti qətlə yetirib

İraqda naməlum şəxslər 5 zabiti qətlə yetirib
# 15 may 2014 23:00 (UTC +04:00)

Bakı-APA. İraqda naməlum silahlı şəxslər hökumət ordusunun 5 zabitini qətlə yetirib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, insident ötən gün paytaxt Bağdadın şimalında baş verib.

İlkin məlumata görə, içərisində zabitlərin olduğu avtomobil pusqu quran silahlıların hücumuna məruz qalıb.

Silahlılar avtomobili saxlayaraq içərisində olan hərbçiləri qətlə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR