Salyanda avtomobil su kanalına düşüb - FOTO

Salyanda avtomobil su kanalına düşüb - <span style="color: red;">FOTO
# 22 mart 2014 08:54 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda avtomobil su kanalına düşüb.

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Salyan rayon sakini, 1989-cu il təvəllüdlü Murad Əliyev idarə etdiyi 10 XO 071 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobili su kanalına aşırıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR