Gəncədə 19 yaşlı gənc bıçaqlanıb

Gəncədə 19 yaşlı gənc bıçaqlanıb
# 05 iyul 2013 11:14 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Maqsud Quliyev döş qəfəsinin kəsilmiş-deşilmiş və baş nahiyəsinin yarası diaqnozu ilə xəstəxanaya daxil olub. 19 yaşlı gənc əməliyyat edilib. Hazırda vəziyyəti orta-ağır hesab edilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi aşılıb. Hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR