Rabitə və informasiya texnologiyaları naziri Ucarda vətəndaşlarla görüşəcək

Rabitə və informasiya texnologiyaları naziri Ucarda vətəndaşlarla görüşəcək
# 12 noyabr 2013 13:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov noyabrın 15-də Ucar rayonunda vətəndaşların qəbulunu keçirəcək.

«APA-Economics»in xəbər verdiyi kimi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, görüşdə Ucar, Göyçay və Ağdaş rayonlarının sakinləri iştirak edə bilər. Görüşdə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların şikayət və təklifləri dinləniləcək.

Tədbirdə iştirak etmək istəyən vətəndaşlar elektron poçt ünvanına ([email protected]), 1655 saylı Qaynar Xəttə, 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon nömrəsi vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR