Azərbaycan xarici bazarın indeksinin həcminə görə dünyada 62-ci yeri tutur

Azərbaycan xarici bazarın indeksinin həcminə görə dünyada 62-ci yeri tutur
# 12 avqust 2013 13:02 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə Ümumdünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən hazırlanan iqtisadiyyatın rəqabətə davamlılığı (Global Competitiveness Index 2012-2013) hesabatında deyilir.

Reytinq ixrac məhsullarının qiyməti və göstərilən xidmətin 1-7 ballıq şkala üzrə göstərici ilə qiymətləndirilib.

Reytinqdə ilk onluğu Çin (7 bal), ABŞ (6,7 bal), Almaniya (6,5 bal), Hindistan (6,4 bal), Cənubi Koreya (6,2 bal), Honqkonq (6,2 bal), Rusiya (6,1 bal), Yaponiya (6,1 bal), Böyük Britaniya (6,1 bal) və Tayvan (6 bal) bölüşdürür.

MDB ölkələri arasında Ukrayna 5,2 balla 37-ci, Qazaxıstan 4,9 balla 43-cü pilləni tutub. Digər postsovet ölkələrindən Moldova 3 balla 118-ci yeri, Tacikistan 2,9 balla 122-ci yeri, Ermənistan isə 2,8 balla 123-cü pillədə qərarlaşıb.

Siyahının son pillələrini isə Qambiya (1,5 bal - 142-ci yer), Burundi (1,2 bal - 143-cü yer) və Şərqi Timor ölkəsi (1 bal - 144-cü yer) tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR