Misir polisi Qahirədəki “Əl-Fəth” məscidini boşaldıb, islamçılar həbs olunub

Misir polisi Qahirədəki “Əl-Fəth” məscidini boşaldıb, islamçılar həbs olunub
# 17 avqust 2013 18:18 (UTC +04:00)

Bakı-APA. Misir polisi Qahirənin Ramzes meydanındakı “Əl-Fəth” məscidini boşaldıb, məsciddəkilərin bir qrupu həbs olunub.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə təhlükəsizlik xidmətindəki mənbələr bildirib.

Qeyd edək ki, bu məscid avqustun 17-də gün ərzində islamçılarla polis arasındakı qarşıdurmanın əsas məkanı olub. Polis iki dəfə hücum edəndən sonra məscidi nəzarətə götürüb.

Yerli telekanallar islamçılarla polis arasında güclü atışma olması barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR