Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
# 10 dekabr 2013 10:27 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. Dekabrın 13-də Moskvada MDB İqtisadi Şurasının 60-cı iclası keçiriləcək.

APA-Economics”in MDB İcraiyyə Komitəsinin saytına istinadən xəbərinə görə, toplantıda iqtisadi sahədə əməkdaşlıq məsələləri geniş müzakirə olunacaq.

İclasın gündəliyinə 2014-2015-ci illərdə sərhəd əməkdaşlığı sahəsində Tədbirlər Planı da daxil edilib. Moskvada MDB İqtisadi Şurasının üzvlərinə Azərbaycan və Qazaxıstanın ticarət siyasətinin icmalı da təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR