Dövlət Baytarlıq Xidməti Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Dövlət Baytarlıq Xidməti Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
# 25 sentyabr 2013 12:04 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O bildirib ki, rayon mərkəzlərində, bazarlarda DBX gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: “Biz Bakı Şəhəri İcra Hakimiyyətinin ayırdığı konkret yerlərdə kəsilən heyvanların sağlam olmasına, dini qaydalara uyğun kəsilməsinə nəzarəti yüksək səviyyədə həyata keçirəcəyik. Bununla bağlı Rayon Baytarlıq idarələrinə də göstəriş vermişik ki, tam nəzarəti həyata keçirsinlər”.

Y. Xanvəli onu da əlavə edib ki, heyvanlar diri gətirilərkən, onlar baytarlıq şəhadətnaməsi əsasında yoxlanılır: “Yoxlanıldıqdan sonra isə satışa çıxarılan heyvanlara baytar mütəxəssisləri termommetria olunaraq baytarlıq baxışı keçirilir. Həmin heyvanın sağlamlığına əmin olduqdan sonra onun satışına icazə verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR