Təbrizdə gizli edamlar həyata keçirilib, son iki ay ərzində 10 nəfər asılıb

Təbrizdə gizli edamlar həyata keçirilib, son iki ay ərzində 10 nəfər asılıb
# 02 sentyabr 2013 08:23 (UTC +04:00)

APA-nın “Oyannews”a istinadən məlumatına görə, son iki ay ərzində Təbriz şəhərinin mərkəzi həbsxanasında 10 nəfər dara çəkilib.

Onların içərisində bir qadın da var.

Edam edilmiş məhbusların ad və soyadları da məlumdur. Əsfər Bəndzadə (Azərşəhr (Tufarqan) sakinidir, qətldə günahlandırılıb), Nasir Mahmudi (Təbriz, qətl), Hüseyn Əxui (Germi, qətl), Məhəmmədrza Cəfəri (Marağa, narkotik maddə qaçaqmalçılığı), Əsgər İxtiyari, Bəhmən Bərxiya, Əhməd Səhafi, Əlirza Talibi, Sadiq Purməhəmmədi Sürəyyadır (bu qadının soyadını dəqiqləşdirmək mümkün olmayıb).

Sonuncusu Germi şəhərindən olan və qətldə günahlandırılan Hüseyn Əxuinin edamıdır ki, avqustun 28-də Təbriz şəhərinin mərkəzi həbsxanasında icra edilib. Edam olunmuş bəzi şəxslərin hansı şəhərdən olduqları və nədə ittiham edilərək dara çəkildikləri məlum deyil. Bu ölüm hökmləri İranın rəsmi xəbər saytlarında dərc edilməyib, yalnız açıq edamlar əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR