Bakı 2015 Avropa Oyunları və "Azerfon" şirkəti arasında müqavilə imzalanıb

Bakı 2015 Avropa Oyunları və "Azerfon" şirkəti arasında müqavilə imzalanıb
# 02 iyul 2014 09:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı 2015 Avropa Oyunları "Azerfon" şirkəti ilə ("Nar Mobile" ticarət nişanı) yarışların rəsmi mobil telekommunikasiyalar xidməti təminatçısı olması haqqında müqavilə imzalayıb.

"APA-Economics"in xəbərinə görə, müqaviləni gənclər və idman naziri Azad Rəhimov və "Nar Mobil" şirkətinin baş direktoru Kent Maknili imzalayıblar.


Müqaviləyə əsasən, "Nar Mobile" şirkətinin I Avropa Oyunlarını Azərbaycanın bütün ərazisində geniş şəkildə reklam edən ilk milli tərəfdaş olması nəzərdə tutulur. Belə ki, mobil operator çoxplanlı reklam kampaniyaları vasitəsilə oyunlarla bağlı məlumatları genişləndirəcək. Həmin reklam kampaniyalarına mobil operatorun öz müştəriləri üçün idman yarışlarına bilet qazanmaq imkanları da daxil olacaq.


Tədbirdə gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu, ilk Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə "Nar Mobile" şirkətinin telekommunikasiyalar sahəsində malik olduğu böyük təcrübənin tətbiq edilməsini nəzərdə tutan müqavilədir. Azərbaycan şirkətlərinin həm Bakıya, həm də bütünlükdə Azərbaycana uzunmüddətli fayda bəxş edəcək innovativ və inklüziv yarışların hazırlanmasına cəlb edilməsi önəmli hal hesab edilir.

Şirkətin baş icraçı direktoru Kent Maknili isə deyib ki, I Avropa Oyunları Azərbaycanda yaşayan hər kəsin zövq alacağı və bir hissəsi olmaq istəyəcəyi heyrətamiz idman yarışları olacaq: "Avropa Oyunlarının həm idman, həm də texnoloji baxımdan innovativ idman yarışları olmasını təmin etmək üçün biz texniki imkanlara və texnoloji yeniliklərə malikik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR