Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb
# 19 noyabr 2013 09:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2013-cü ilin yanvar-oktyabr ayları üzrə 1,41 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2013-cü ilin yanvar-sentyabr aylarının göstəricisindən 0,02 bəndi çoxdur:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Bu nisbət əsas iki xərc ödənildikdən sonra əhalinin sərəncamında qalan gəlirlərin hissəsini göstərir. Göründüyü kimi, əhalinin alıcılıq indeksi bu il ərzində rekord həddə çatıb. Əhalinin alıcılıq qabiliyyəti indeksinin artması iki amillə bağlı - gəlirlərin artması və artım tempinin yüksəlməsi və ya xərclərin azalması və artım tempinin azalması nəticəsində ola bilər.

Yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi 15,631 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 5,050 mlrd. manat, əhalinin məcmu gəliri isə 29,064 mlrd. manat təşkil edib. İllik müqayisədə ticarət dövriyyəsi 9,7%, xidmət xərcləri 6,9%, gəlirlər isə 7,7% artıb. Göründüyü kimi, xərclərin azalması baş verməyib. Ümumilikdə, gəlirlər əsas xərcləri 8,383 mlrd. manat və ya 40,5% üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR