İstanbul Bələdiyyə Teatrı Hüseyn Cavidin “İblis” pyesini səhnələşdirəcək

İstanbul Bələdiyyə Teatrı Hüseyn Cavidin “İblis” pyesini səhnələşdirəcək
# 09 aprel 2014 16:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İstanbul Bələdiyyə Teatrı növbəti mövsümdə Hüseyn Cavidin “İblis” pyesini səhnəyə qoymağı planlaşdırır.

H.Cavidin ev muzeyindən APA-ya verilən məlumata görə, “İblis” pyesinin Türkiyədə səhnəyə qoyulması ədibin yaradıcılığını beynəlxalq aləmdə tanıtmaq məqsədi daşıyır: “Bu il həm də “İblis” faciəsinin ilk dəfə kitab şəklində nəşr olunmasından 90 il ötür. İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru olan azərbaycanlı aktrisa Məlahət Abbasovanın bu əsərin səhnəyə qoyulmasında böyük rolu var. Bu teatrda Cavid yaradıcılığına ilk dəfədir müraciət olunur. Ümid edirik ki, bu əsər türk tamaşaçısı tərəfindən böyük maraqla qarşılanacaq”.

Muzeydən bildiriblər ki, bu yaxınlarda Hüseyn Cavidin külliyyatı Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun təşəbbüsü ilə türk dilinə tərcümə olunaraq nəşr edilib və həmin kitabın H.Cavidin təhsil aldığı İstanbul Universitetində təqdimatı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR