Zaqatalada qəza baş verib, ölən var - VİDEO

Zaqatalada qəza baş verib, ölən var - <span style="color: red;">VİDEO
# 15 iyun 2014 20:14 (UTC +04:00)

Bakı-APA. Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb.

APA-nın xəbərinə görə, hadisə Zaqatala-Muğanlı yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayonu Aşağı tala kənd sakini, 1984-cü il təvəllüdlü Ruslan Cavid oğlu Babayev idarə etdiyi, lakin özünə məxsus olmayan “Mercedes” markalı, 62 BF 204 dövlət nişan nömrə nişanlı avtomobillə Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Ağaca çırpılmış maşında sıxılıb qalmış sürücünü xilas etmək üçün hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin xilasediculəri cəlb edilib.

Sürücü avtomobildən çıxarlaraq, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib.

Baş vermiş qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR