İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisdə qəbul edilib - YENİLƏNİB - VİDEO

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisdə qəbul edilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 04 aprel 2014 10:25 (UTC +04:00)

APA-nın məlumatına görə, məlumatı daxili işlər nazirinin müavini, Milli Koordinator general leytenant Vilayət Eyvazov təqdim edib.

Məruzədən sonra deputat Çingiz Qənizadə məruzənin onsuz da əvvəldən mətbuatda geniş müzakirə olunduğunu əsas gətirərək, müzakirəsiz qəbul etməyi təklif edib.

Lakin bu, bir neçə deputatın, o cümlədən Elmira Axundovun etirazına səbəb olub.

Daha sonra deputatlar müzakirələrdə müxtəlif təkliflərlə çıxış ediblər.

Sonra illik məlumat səsə qoyularaq qəbul olunub.

***

saat 12.52

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının dinlənilməsinə başlanılıb.

APA-nın məlumatına görə, məlumatı daxili işlər nazirinin birinci müavini, Milli Koordinator, general-leytenant Vilayət Eyvazov təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR