Azərbaycan fəlakət risklərindən sığorta daxılının modellərini araşdırır

Azərbaycan fəlakət risklərindən sığorta daxılının modellərini araşdırır
# 27 iyun 2014 13:27 (UTC +04:00)

Bakı - APA-Economics. Maliyyə Nazirliyi və Azərbaycan Sığortaçılar Assosiasiyası dünyanın aparıcı təkrarsığorta şirkətləri ilə birlikdə fəlakət risklərindən sığorta daxılının modellərini araşdırırlar.

APA-Economics”in məlumatına görə, bu barədə Almaniyanın “Munich Re” şirkətinin meneceri Yurgen Bruker deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin böyük hissəsinin Abşeron yarımadasında, qismən Kür çayının Xəzər dənizi ilə sərhəd sahillərində yerləşdiyi üçün burada külək və daşqın hadisələrinin baş vermə riski daha böyükdür. “Sığorta işi ilə məşğul olan təşkilat üçün ən effektiv addım “sığorta daxılı”nın yaradılması ola bilər. Bu fikir Almaniya, Türkiyə, Meksika, Çili kimi ölkələrin müsbət təcrübəsinə əsaslanır”, - deyə mütəxəssis bildirib.

Y. Brukerin qeyd edib ki, sığortanın uzunmüddətli perspektiv əsasında əhaliyə daha yaxşı sirayət etməsi üçün təbii fəlakət risklərindən sığorta daxılının yaradılması məsələsini təbii fəlakət risklərindən yaşayış evlərinin icbari sığortası ilə paralel müzakirə etmək lazımdır.

Bu tip iş mexanizmi aşağıdakı sxemi nəzərdə tutur: əhali tərəfindən daşınmaz əmlakın icbari sığorta polisinin alınması, sahibkarların təbii fəlakət risklərinin sığorta şirkətləri tərəfindən qarşılanması, şirkətlərin özlərinin risklərinin isə sözügedən daxıla ötürülməsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR