“DəmirBank”ın bankomat və POS-terminallarından plastik kartı aktivləşdirmək mümkün olacaq

“DəmirBank”ın bankomat və POS-terminallarından plastik kartı aktivləşdirmək mümkün olacaq
# 20 may 2014 12:17 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “DəmirBank” bankomatlar və POS terminallar vasitəsilə plastik kartı aktivləşdirmək imkanını tətbiq edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştəri bankomatda və POS-terminalda kartla ilk əməliyyat zamanı PİN kodu yığdıqda kart dərhal aktivləşir. Bu imkan bütün kartlara (virtual kartlar istisna) şamil olunub. Tətbiq edilən yenilik plastik kartlar sahəsində müştəri xidməti keyfiyyətinin artırılmasına xidmət edir. Belə ki, kartın aktivləşdirilməsi artıq avtomatik qaydada həyata keçirilir.

“DəmirBank” bankomatları vasitəsilə müştərilərdən həm də kredit ödənişlərini qəbul edir. Bunun üçün bankomatın mövcud “Xidmətlər” bölməsində “Kredit ödənişləri”ni seçmək, sonra isə hesab nömrəsini, mobil telefon nömrəsini və ödəniləcək məbləği daxil etmək lazımdır. Ödənişləri həm “DəmirBank”ın, həm də digər bankların plastik kartları ilə həyata keçirmək olar. Kredit ödəyərkən müştəridən heç bir komissiya haqqı tutulmur.

Qeyd edək ki, “DəmirBank”ın ölkə üzrə 60-dək bankomatı mövcuddur. Bankomatlar vasitəsilə müxtəlif xidmətlər müştərilər üçün vaxt və rahatlıq baxımından çox əlverişlidir.

“DəmirBank” kart sahiblərinə “Card-to-Card” köçürmələri, “SMS-Bankçılıq”, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və s. xidmətlər təqdim edir. “DəmirBank”ın kart sahibləri “İlboyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.

Qeyd edək ki, ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” “Fitch Ratings” və “Planet Rating” agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR