Ötən il Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 423 manat olub

Ötən il Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 423 manat olub
# 07 fevral 2014 12:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 510,1 min nəfər olub və onlardan 900,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 22,4%-i təhsildə, 18,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 13,0%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,6%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,1%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Ötən il ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 423,0 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR