Futbol üzrə 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb, Azərbaycan çətin qrupa düşüb - VİDEO

Futbol üzrə 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb, Azərbaycan çətin qrupa düşüb - <span style="color: red;">VİDEO
# 23 fevral 2014 13:47 (UTC +04:00)

APA-nın məlumatına görə, fevralın 23-də Fransanın Nitse şəhərində keçirilən püşkatmanın nəticələrinə görə, H qrupunda yer alan Azərbaycanın rəqibləri İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta olub.

Seçmə mərhələnin sonunda qrupda ilk iki yeri tutan, həmçinin üçüncü yeri tutanlar arasında ən yaxşı nəticə göstərən komanda final mərhələsinə birbaşa vəsiqə qazanacaq.

Üçüncü yeri tutan qalan 8 komanda arasında keçirilən qarşılaşma nəticəsində daha 4 komanda AVRO-2016-ya yollanacaq.

Çempionatın keçiriləcəyi Fransa seçmə mərhələdə iştirak etməyəcək, final yarışlarına birbaşa qatılacaq.

Seçmə mərhələnin qarşılaşmaları 2014-cü il sentyabrından 2015-ci ilin noyabrınadək keçiriləcək.

Futbol üzrə 2016-cı il Avropa çempionatı Fransanın 10 şəhərində iyunun 10-dan iyulun 10-dək baş tutacaq.

Püşkatmanın nəticələri belədir:

A qrupu: Niderland, Çexiya, Türkiyə, Latviya, İslandiya, Qazaxıstan;

B qrupu: Bosniya və Herseqovina, Belçika, İsrail, Uels, Kipr, Andorra;

C qrupu: İspaniya, Ukrayna, Slovakiya, Belarus, Makedoniya, Lüksemburq;

D qrupu: Almaniya, İrlandiya, Polşa, Şotlandiya, Gürcüstan, Cəbbəlütariq;

E qrupu: İngiltərə, İsveçrə, Sloveniya, Estoniya, Litva, San-Marino;

F qrupu: Yunanıstan, Macarıstan, Rumıniya, Finlandiya, Şimali İrlandiya, Farer adaları;

G qrupu: Rusiya, İsveç, Avstriya, Monteneqro, Moldova, Lixtenşteyn;

H qrupu: İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan, Azərbaycan, Malta;

I qrupu: Portuqaliya, Danimarka, Serbiya, Ermənistan, Albaniya.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR