Azərbaycanda 78 yaşlı məhbus xəstəlikdən ölüb

Azərbaycanda 78 yaşlı məhbus xəstəlikdən ölüb
# 08 may 2013 14:43 (UTC +04:00)

Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə müalicə olunan, 1935-ci il təvəllüdlü Hüseyn Abdulla oğlu Abbasov dünyasını dəyişib. Onun xərçəng xəstəliyindən öldüyü bildirilir.

Prokurorluqdan, həmçinin bildirilib ki, H. Abbasov bir neçə il əvvəl qəsdən adam öldürməkdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilibmiş.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR