Ermənistan parlamenti Rusiya ilə imzalanmış sazişləri təsdiqləyib, müxalifətçilər zalı tərk edib - VİDEO

Ermənistan parlamenti Rusiya ilə imzalanmış sazişləri təsdiqləyib, müxalifətçilər zalı tərk edib - <span style="color: red;">VİDEO
# 23 dekabr 2013 10:52 (UTC +04:00)

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə zamanı “Erməni Milli Konqresi”, “İrs”, “Çiçəklənən Ermənistan” və “Daşnaksutyun” partiyalarını təmsil edən deputatlar zalı tərk ediblər. Nəticədə içəridə 120 deputatdan 77-si qalıb və onların hamısı sazişlərin lehinə səs verib.

Səsvermə zamanı parlamentin önündə keçirilən etiraz aksiyasının 3 iştirakçısı zala daxil olub və onlar əllərindəki plakatla tribunanın önündə dayanıblar. Fasilə elan olunduqdan sonra onlar çıxarılıb. Sədr Ovik Abramyan bildirib ki, müxalifətçilər hakimiyyətdəki Respublika Partiyasının deputatlarının səsvermə kartlarını götürüblər. Bu səbəblə səsvermə köhnə qaydada, əl qaldırmaqla keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR