Həsən Ruhani: “Bir daha bəyan edirəm ki, İranın nüvə proqramı dinc xarakter daşıyır”

Həsən Ruhani: “Bir daha bəyan edirəm ki, İranın nüvə proqramı dinc xarakter daşıyır”
# 20 sentyabr 2013 07:19 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhaninin ABŞ-ın “The Washington Post” qəzetində məqaləsi dərc olunub.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, H.Ruhani “Niyə İran konstruktiv anlaşma niyyətindədir” adlı sentyabrın 20-də dərc olunmuş məqaləsində dünya ilə konstruktiv anlaşmadan, İran-ABŞ əlaqələrindən, ölkəsinin nüvə proqramından, Suriya böhranının həll edilməsindən və öz həmkarlarını tanımaq fürsəti əldə etmək imkanından yazıb.

İran prezidenti xüsusilə İranın nüvə proqramı, İran-ABŞ əlaqələri və Suriya böhranına toxunub, qeyri-sağlam rəqabətə son qoymaq üçün beynəlxalq əməkdaşlığın zəruriliyindən və müdaxilələri zorakılığın artırmasını qeyd edib.

H.Ruhani bildirib ki, dünya ilə konstruktiv anlaşma da daxil olmaqla bir sıra vədləri və vəzifələri var.

H.Ruhani ekstremizmi hər kəs üçün problem adlandıraraq, hətta ölkədən minlərlə mil uzaq olsa belə, təhlükəsiz olmadığını deyib.

İran prezidenti ölkəsinin nüvə proqramı ilə bağlı hissədə isə yazıb ki, hazırkı vəziyyəti necə yaxşılaşdırmağı düşünmək lazımdır: “Mən bir daha bəyan edirəm ki, İranın nüvə proqramı dinc xarakter daşıyır”.

H.Ruhani İran-ABŞ münasibətlərinə də toxunub: “Biz daha ali məqsəd axtarmalıyıq. Bununla bağlı nə istədiyimiz aydın olmalıdır. Bunun üçün siyasi iradə və lazımi addımlar atmaq lazımdır”.

İran prezidenti məqaləsində Suriya, İraq və Əfqanıstandakı qarşıdurmalara da toxunub, Suriyadakı kimyəvi hücumu qınayıb, bu ölkələrdəki zorakılıqların gerçək simasını göstərməkdən uzaq olduğunu bildirib: “Bu zorakılıqlara son qoymaq üçün əməkdaşlıq etmək lazımdır. Bu böhranın açarı şəxsiyyət problemindədir. Suriya böhranının həlli üçün əvvəlcə fundamental əməkdaşlıq yolu axtarmaqla milli dialoqu yenidən bərpa etmək lazımdır. İran hökuməti Suriya iqtidarı və müxalifəti arasında danışıqların keçirilməsinə yardım göstərməyə hazırdır”.

H.Ruhani sonda vurğulayıb ki, BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək: “Ona görə də həmkarlarımdan İranda keçirilmiş son prezident seçkilərindən sonra yaranmış fürsətdən yararlanmalarını istəyirik. Eyni zamanda onlardan qarşılıqlı anlaşma üçün özlərinin ən böyük ehtiramlarını xalqıma göstərmələrini və hökumətimin konstruktiv dialoqla bağlı səylərinə cavab vermələrini xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR