Azərbaycan əhalisi banklardan nağd dollar alışını 24% artırıb

Azərbaycan əhalisi banklardan nağd dollar alışını 24% artırıb
# 15 may 2013 13:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2013-cü ilin yanvar-mart ayları ərzində banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dollar kütləsinin həcmi 2 400,6 mln. dollar təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 24,3% çoxdur. Azərbaycanda Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə banklar tərəfindən əhalidən alınan nağd dollar kütləsi isə son bir ildə 12,4% artaraq 573,2 mln. dollara çatıb.

Beləliklə, Azərbaycanda əhalinin nağd dollar alışı satışdan 4,2 dəfə çox olub. Ümumilikdə, son illər ərzində nağd dollarla aparılan əməliyyatların həcmində daimi artım müşahidə olunur. Bunun əsas səbəbi ölkədə dolların nağd hesablaşmalarda və yığımlarda yüksək rolu ilə bağlıdır. Həmçinin, xarici səfərlər zamanı da əsas üstünlük ABŞ valyutasına verilir.

Həmçinin, nağd dolların alışı üzrə artım tempi satış üzrə eyni göstəricidən daha yüksəkdir. Bunu nağd dollara olan tələbatın təklifdən daha yüksək sürətlə artması əlaməti kimi qiymətləndirmək olar.

Qeyd edək ki, Azərbaycanda əhali tərəfindən banklardan 2012-ci ildə orta hesabla hər ay 764,1 mln. nağd dollar alınıb və 216,3 mln. dollar satılıb. Bu ilin I rübündə həmin göstəricilər müvafiq olaraq 800,2 mln. dollar və 191,1 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR