Rusiya Dövlət Dumasının sədri: "Biz Ukrayna xalqına vəziyyəti düzəltmək üçün kömək etməliyik” - FOTO - VİDEO

Rusiya Dövlət Dumasının sədri: "Biz Ukrayna xalqına vəziyyəti düzəltmək üçün kömək etməliyik” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 28 iyun 2014 14:42 (UTC +04:00)

APA-nın məlumatına görə, S.Narışkin bildirib ki, yalnız səmimi və açıq dialoq Ukraynadakı vəziyyəti sabitləşdirəcək, vətəndaş barışığına aparacaq: “Ən başlıca məqsəd insan təhlükəsizliyi və xalqların öz müqəddəratını həll etməsidir. Bütün bəlaların səbəbini Rusiyanın üstünə yıxmaqla münaqişənin, problemin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil. Nəzərə alsaq ki, bu yeni başlayan problemdir. Amma Rusiyanı səs hüququndan məhrum etməklə siz bəzi cəzaverici tədbirlərin aktivləşməsinə səbəb oldunuz”.

S.Narışkin bildirib ki, Ukrayna ərazisinə Rusiya ordusunun müdaxiləsi qərarını ləğv etməsi Moskvanın sülh danışıqlarına maraqlı olmasını bir daha sübut etdi: “Biz Ukrayna xalqına və prezident Poroşenkoya vəziyyəti düzəltmək üçün kömək etməliyik”.

S.Narışkin bildirib ki, Ukraynada demokratik seçki yolu ilə seçilən prezident fevral ayında devrilib: "Amma fevralın 21-də razılaşma vardı, buna avropalı nazirlər də dəstək idi, amma sabahı gün özləri imzaladıqları sazişi pozdular. Ardınca baş verən hadisələr isə Maydanda aldadılaraq küçələrdə qanlı toqquşmalar nəticəsində ölənlər, Donetskdə insanların diri-diri yandırılması və sair oldu. Bu hadisələr müasir Avropa ərazisində baş verdi. Amma nəyə görə bu hadisələri başqa Avropa xalqı yox, məhz ukraynalılar məruz qalmalıdır? Nəyə görə Avropada başqalarına separatçı damğası vurmurlar?”

O, Qərbin danışıqlardan çox Rusiyanı kəskin addımlar atmağa vadar etməkdə ittiham edib: “Bizim bir sıra diplomatlarımızı, o cümlədən məni də özlərinin qara siyahılarına salıblar. Nəyə görə? Ona görə ki, bir milyondan çox krımlının səsinə səs verib onları, tarixi torpaqlarımızdakı soydaşlarımızı qanlı qırğından xilas etdik? Amma ABŞ və Avropa heç soydaşları olmayan, onlara qonşu olmayan, məsələn, ərəb ölkələrində xalqlara kömək adı ilə qoşun yeridirlər. Nəticələr isə göz qabağındadır. Biz isə qonşuluğumuzda, tarixi torpaqlarımızda elə qırğınların təkrarlanması üçün ABŞ-a və Qərbə imkan verə bilmərik. Biz istəyirik ki, sülh olsun. Avropa həqiqi Avropa olsun. Biz istəyirik ki, Lissabondan Vladiqafqaza qədər həqiqi Avropa kimi qəbul edilsin”.

Ukrayna Ali Radasının (parlament) vitse-spikeri Ruslan Kaşulinski ölkəsinin arqumentlərini açıqlayıb: “Rusiyanın əməlləri sayəsində Krımda və Ukraynanın şərqində vəziyyət kəskinləşib. İnsan oğurluğu, müxtəlif separatçı cinayətlər BMT və digər beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib. Biz təcavüzə məruz qaldıq. Ali Radanın deputatı, xalqının lideri Mustafa Cəmil öz doğma torpağında arzuolunmaz şəxs elan olunub, buraxılmır. Hansı ədalətdən söhbət gedir burada?”

Ukraynalı vitse-spiker gərginliyin aradan qaldırılması ilə bağlı variantlarını da açıqlayıb: “Vəziyyətin stabilləşdirilməsi istiqamətində ən əsas səbəb Rusiyanın mövqeyidir, bu hadisələri törədən separatçılara Rusiyanın hər cür dəstək göstərməsidir. Buna dərhal son qoyulmalıdır. Nə qədər ki, Rusiya bunu davam edəcək, heç bir sabitlikdən söhbət gedə bilməz”.

O, Ukraynada insanların millətindən və dinindən asılı olmayaraq, bərabərhüquqlu olduğunu deyib: "Mən qardaşlarımızdan rica edirəm, gəlin keçmiş səhvlərimizi davam etməyək. Əks halda, bu səhvlər bizim xalqlarımıza baha başa gələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR