Toğrul Əsgərov Avropa çempionatında ilk görüşündə uduzub

Toğrul Əsgərov Avropa çempionatında ilk görüşündə uduzub
# 01 aprel 2014 12:16 (UTC +04:00)

Bakı – APA. Bu gün Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının xəbərinə görə, qitə birinciliyi Azərbaycan millisi üçün uğursuz başlayıb.

Belə ki, öncə mübarizəyə qoşulan olimpiya çempionu Toğrul Əsgərov yarışı medalsız başa vurub. Səfərə böyük ümidlərlə yollanan 22 yaşlı idmançı startdaca ciddi bir titulu olmayan bolqarıstanlı Borislav Novaçkova uduzub. 65 kq çəki dərəcəsində qüvvəsini sınayan Əsgərov ilk hissəni 4:0 hesabı ilə öndə bitirib. Lakin yekunda nə az, nə çox - 8 xal fərqi ilə məğlub olub – 5:13.

Novaçkov isə finala kimi irəliləyə bilmədiyindən idmançımız təsəlliverici görüşlərə qatılmaq şansını da itirib.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə sərbəst və qadın güləşçilər yarışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR