«Azerfon» şirkəti «AzCinema Online» internet-kinoteatrının sponsoru olub

«Azerfon» şirkəti «AzCinema Online» internet-kinoteatrının sponsoru olub
# 30 oktyabr 2013 08:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) ölkə mədəniyyətinin təbliği istiqamətində fəaliyyətini davam etdirir. Azərbaycanın kinematoqrafiya sənətinin inkişafı missiyasına öz töhfəsini verən mobil operator misilsiz kino irsinin təbliğ edilməsi məqsədi ilə yaradılan və Azərbaycan kinematoqrafiyasının zəngin incilərinin yerləşdirildiyi «AzCinema Online» internet layihəsinin sponsorluğunu öz üzərinə götürüb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «AzCinema Online» internet-kinoteatrının əsas məqsədi Azərbaycan kinosu və mədəniyyətinin Azərbaycanda və ölkədən kənarda təbliğindən ibarətdir. Azərbaycan istehsalı olan bədii, sənədli və qısametrajlı filmlərin geniş tamaşaçı auditoriyasına çatdırılması və yayılması perspektivləri baxımından son dərəcə əhatəli və rahat internet resursu olan «AzCinema Online» Azərbaycan filmlərinin bir araya toplandığı ilk veb-mənbədir.

Bu veb-resurs (www.azcinemaonline.com) Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqının dəstəyi ilə «Nərimanfilm» kino şirkəti tərəfindən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR