Bakıda 21 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb

Bakıda 21 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb
# 20 fevral 2014 07:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində 21 yaşlı sakin naməlum şəraitdə bıçaqlanıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Salyan yolu küçəsi 83 a ünvanında qeydə alınıb.

1993-cü il təvəllüdlü Ehtiram Etibar oğlu Əbilov naməlum şəraitdə bıçaqlanıb. E. Əbilov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR