Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrin semestr imtahanı ilə əlaqədar yekun qərar verib - YENİLƏNİB

Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrin semestr imtahanı ilə əlaqədar yekun qərar verib - <span style="color: red;">YENİLƏNİB
# 24 oktyabr 2013 11:32 (UTC +04:00)

APA-nın məlumatına görə, ADPU-nun rektoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, ötən gün tələbələrlə keçirilən görüşdən sonra yekun qərar qəbul olunub.

Rektorun sözlərinə görə, qərara əsasən, tələbələr əvvəl olduğu kimi, semestr imtahanını test üsulu ilə verəcəklər.

Artıq tələbələrin bu tələbi yerinə yetirildiyi üçün bu günə planlaşdırılan aksiyanın keçirilməsinə də ehtiyac qalmayıb.

Rektor bildirib ki, imtahan formasında müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulsa da, hansısa qərar qəbul edilməyib, sadəcə universitet səviyyəsində müzakirələr aparılıb: “Bu məsələni tələbələr bildikdən sonra müəyyən narazılıqlar yarandı. Onlar imtahanların test üsulu ilə aparılmasını istəyirdilər. Məsələ ilə əlaqədar tələbələrlə görüşdük. Əvvəldən planlaşdırılmışdı ki, universitetin bütün tələbləri ilə görüş keçirilsin. Amma dünən 2 fakültənin tələbləri ilə görüşdən sonra belə qənaətə gəldim ki, tələblərin də fikirlərində müsbət arqumentlər var. Onlar semestrin ortası olduğu üçün adaptasiya oluna və çatdıra bilməyəcəklərini söylədilər. Biz də universitet rəhbəri olaraq qərara gəldik ki, bu məsələni gündəmdən çıxaraq. İmtahanların gedişi və forması ilə bağlı yalnız universitetin Elmi Şurası tərəfindən müzakirə edildikdən, Təhsil Nazirliyinə müraciət əsasında ekspertizadan keçəndən sonra qərar verilə bilər. Biz, sadəcə, müzakirə aparıb, bununla imtahanının formasına necə müsbət təsir edəcəyimizi düşünürdük. Tələbələrlə görüşdə onların gətirdikləri arqumentlər məni inandırdı ki, yazılı imtahanların tətbiqi ilə bağlı məsələni gündəmdə saxlamaq lazım deyil. Bununla da məsələ bitdi və yekun qərar qəbul olundu”.

Y. Məmmədov 2006-cı ildən test üsulu ilə imtahanların keçirilməsi ilk dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetdə tətbiq olunsa da, onun ləğv etmək istəyinə də aydınlıq gətirib. Rektor bildirib ki, test imtahanları çox şəffaf və ədalətli şəkildə həyata keçirilir. Onun sözlərinə görə, sadəcə test imtahanlarında əzbərçilik diqqəti cəlb edib: “Ona görə də digər imtahan forması ilə bundan uzaqlaşmağı düşünürdük. Amma yekun qərar verilib və tələbələr əvvəlki qaydada test üsulu ilə imtahan verəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR