BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı qətnaməni bu gün axşam səsverməyə çıxaracaq

BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı qətnaməni bu gün axşam səsverməyə çıxaracaq
# 27 sentyabr 2013 05:07 (UTC +04:00)

Bu barədə APA “Röyters”ə istinadən xəbər verir. Sənədin qəbul ediləcəyi gözlənilir.

Bundan əvvəl verilən xəbərə görə, Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov və Con Kerri qətnamə layihəsini razılaşdırmağa müvəffəq olublar.

Rusiya XİN rəhbərinin sözlərinə görə, qətnamə layihəsi Suriyaya qarşı dərhal tədbirlərin görülməsini nəzərdə tutmur. S.Lavrov qeyd edib ki, sənəd Dəməşqin kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi ilə bağlı əldə olunan razılaşmanı dəstəkləyir. Münaqişənin hər hansı bir tərəfinin pozuntuya yol verəcəyi təqdirdə BMT Təhlükəsizlik Şurasının yenidən çağırılması nəzərdə tutulur.

Qətnamənin yekun variantı təsdiqlənənədək Lavrov və Kerri arasında bir neçə görüş keçirilmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR