Ukraynanın baş naziri antiterror əməliyyatı keçirən hərbçilərə yeni “BTR”lər aparıb - FOTO

Ukraynanın baş naziri antiterror əməliyyatı keçirən hərbçilərə yeni “BTR”lər aparıb - <span style="color: red;">FOTO
# 07 may 2014 13:49 (UTC +04:00)

Bakı – APA. Ukraynanın baş naziri Arseni Yasenyuk güc strukturlarının Slavyansk şəhəri ətrafında antiterror əməliyyatını idarə edən qərargahında olub. APA-nın xəbərinə görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

A. Yasenyuk hökumətin proqramı əsasında istehsal olunmuş 4 ədəd müasir “BTR-4 E” zirehli transportyorunu hərbçilərə təhvil verib. Baş nazir antiterror əməliyyatında iştirak edən döyüşçülərə “Rəşadətə görə” diplomu təqdim edib və silah hədiyyə edib. Bəzi hərbçilərə isə növbədənkənar rütbələr verilib. A. Yasenyuk bildirib ki, Rusiyanın böyük ordusu, çoxlu əsgəri və çoxlu silahları olsa da, Ukraynanın iradəsi və ruhu daha güclüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR