Azərbaycanda insan orqanlarının satılması barədə elan yayan şəxslər tutulub - VİDEO

Azərbaycanda insan orqanlarının satılması barədə elan yayan şəxslər tutulub - <span style="color: red;">VİDEO
# 27 iyun 2014 13:25 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir müddət əvvəl metronun "Qara Qarayev" stansiyasının çıxışında böyrək satılmasına dair elanlar vurulub. Bu barədə müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış informasiya cəmiyyət arasında narahatlığa səbəb olub

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yerləşdirən Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü M.İ və 1995-ci il təvəllüdlü E.E saxlanılıblar.

Araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını, guya vətəndaşlarla zarafat etdiklərini və cəmiyyətin buna reaksiyasını öyrənmək niyyətində olduqlarını bildiriblər.

Həmin şəxslər əməllərindən səmimi peşmançılıq keçirdiklərini ifadə edib, etdikləri hərəkətlərə görə üzr istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR