AŞPA qış sessiyasının gündəliyi açıqlanıb

AŞPA qış sessiyasının gündəliyi açıqlanıb
# 18 dekabr 2013 10:36 (UTC +04:00)

APA-nın AŞPA mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, sessiyada AŞPA prezidenti və vitse-prezidentlər seçiləcək, AŞPA prezidenti Jan Klod Minyon tərəfindən qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyəti haqda hesabat veriləcək, Avropa Parlamentinin prezidenti Martin Şults və Avstriya kansleri Verner Faymanın çıxışları olacaq.

Parlamentarlar Avropada irqçilik və qeyri-tolerantlığın qarşısının alınması, yeni informasiya texnologiyalarının demokratiyaya təsiri, suriyalı qaçqınlar problemi, miqrasiya, iqlim dəyişiklikləri və enerji diversifikasiyası məsələləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR