Azərbaycan investorları Makedoniyada həyata keçirilən iri layihələrdə iştirak edə bilər

Azərbaycan investorları Makedoniyada həyata keçirilən iri layihələrdə iştirak edə bilər
# 07 mart 2014 11:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Makedoniya hökuməti irimiqyaslı layihələr üzrə beynəlxalq tenderlər elan edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, hazırda Makedoniya hökuməti nəqliyyat, tikinti və turizm sahələrində irimiqyaslı layihələrin icrasına başlayıb və həmin layihələr üzrə tenderlər elan olunub.

Bu layihələr paytaxt Skopye şəhərində tramvay sisteminin yaradılması və idarə olunması, əvvəl Skopye şəhərində, daha sonra isə digər regionlarda qaz infrastrukturunun planlaşdırılması, dizaynı, tikintisi və texniki dəstəyi, Makedoniyada qaz infrastrukturu layihəsi üzrə müqavilənin imzalanmasından əvvəl Makedoniya hökuməti üçün hüquqi konsaltinq xidmətlərinin göstərilməsini əhatə edir.

Həmçinin, iki göl və dağ olan bölgədə yerləşən çoxməqsədli və ilboyu fəaliyyət göstərən turist kurortunun tikintisi və idarə olunması layihəsi həyata keçiriləcək. Göllərdən biri UNESCO-nun mühafizəsi altındadır və alman alimləri tərəfindən 3 milyondan çox yaşı olduğu təsdiqlənib.

Bundan başqa, layihə ov parkları və bölgələrinin yaradılması konsepsiyası, Makedoniyadakı müxtəlif çaylar üzərində kiçik su elektrik stansiyalarının tikintisi və idarə olunması və Skopye şəhərində yeni dram teatr kompleksinin tikintisini əhatə edir.

Sözügedən layihələrdə iştirakda maraqlı olan Azərbaycan şirkətləri Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR