Qobustan həbsxanasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb

Qobustan həbsxanasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb
# 23 iyun 2014 14:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının əməkdaşları tərəfindən həbsxanaya qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 220.1; 315.2; 317.3; 66.3 və 67 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Telman Qufran oğlu Bayramova xalası oğlu Üzeyir Mütəllim oğlu Ağarabizadənin gətirdiyi sovqata baxış keçirilən zaman “Jilet” üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və ona məxsus 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR