Azərbaycanda qatara bomba qoyulması barədə yalan məlumat yayılıb

Azərbaycanda qatara bomba qoyulması barədə yalan məlumat yayılıb
# 13 iyun 2013 09:30 (UTC +04:00)

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, Dəmir Yolu İdarəsinin İmişli rayonunda yerləşən stansiyanın əməkdaşının mobil telefonuna Bakı-Horadiz qatarına bomba qoyulması barədə mesaj göndərilib.

Dərhal Bakı Horadiz qatarının hərəkəti dayandırılıb və əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Qatardakı sərnişinlər evakuasiya olunub. Qatarda aparılan axtarışlar heç bir nəticə verməyib, vaqonlarda hər hansı təhlükəli əşya aşkar edilməyib. Həyata keçirilən tədbirlər nəticəsində qatara bomba qoyulması barədə yalan mesajın göndərildiyi mobil telefonun nömrəsi müəyyənləşib.

Hazırda yalan məlumat verən şəxsin axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR