Cenevrədə İranla ABŞ nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib

Cenevrədə İranla ABŞ nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib
# 08 noyabr 2013 10:07 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran və ABŞ nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 7-də İranın xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı və ABŞ dövlət katibinin müavini Vendi Şermanın rəhbərlik etdiyi nümayəndə heyətləri Cenevrə şəhərində bir araya gəlib. Görüşün detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, noyabrın 7-də Cenevrədə İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri başlayıb, danışıqlar bu gün də davam etdirilir. Dünənki danışıqların yekununda İran tərəfindən “altılıq” ölkələrinə təqdim olunmuş və qəbul edilmiş təkliflər paketinin detallarının ətraflı müzakirə edilməsi üçün tərəflər arasında ikitərəfli görüşün keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR