Bakıda mənzildə köməksiz qalmış 5 yaşlı uşaq xilas edilib - FOTO - VİDEO

Bakıda mənzildə köməksiz qalmış 5 yaşlı uşaq xilas edilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2013 20:22 (UTC +04:00)

Bakı. Mahir Məmmədli -APA. Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb. APA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 19 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə 17-ci mərtəbədəki mənzilin eyvanından enərək daxil olub. Xilasedicilər 2008-ci il təvəllüdlü Mirzәyev Әli Rәşad oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Tibbi yardım stansiyasının həkimləri hadisə yerində olan APA-nın müxbirinə bildirib ki, uşağın vəziyyəti normaldır, onun səhhətində heç bir problem yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR