İranda İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

İranda İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
# 19 noyabr 2013 10:16 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın paytaxtı Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının XXI iclası keçiriləcək. APA-nın İSNA-ya istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib ki, toplantı noyabrın 24-26-da baş tutacaq: “Üç günlük iclas zamanı İƏT-in fəaliyyətə başlamasının üçüncü ongünlüyündə quruma üzv ölkələrin xarici işlər nazirləri əməkdaşlıq məsələlərini araşdıracaqlar. Eyni zamanda toplantıda İran bir illiyinə təşkilatın sədrliyini öz üzərinə götürəcək. Biz ümidvarıq ki, İƏT əvvəlkindən fərqli səviyyədə öz fəaliyyətini davam etdirə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR