Gəncədə yol qəzası nəticəsində ölən və xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB - VİDEO

Gəncədə yol qəzası nəticəsində ölən və xəsarət alanların kimlikləri məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2015 11:14 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Gəncənin şərq çıxışında “Daewoo” markalı minik avtomobili hərəkətdə olarkən, Gəncə şəhər Təmizlik İdarəsinin işçisi, yolu süpürən 1962-ci il təvəllüdlü Şahnaz Məmmədovanı vurub. Yaralı hadisə yerində ölüb. Sonra divara çırpılan avtomobildə olan 4 nəfər, 1979-cu il təvəllüdlü Əlizamin Hüseynov, 1985-ci il təvəllüdlü Mənsur Əliyev, 1980-ci il təvəllüdlü Razim Pənahov və 1982-ci il təvəllüdlü Kənan Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

***

10:54

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərinin şərq istiqamətinin çıxışında ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. “Daewoo” markalı minik avtomobili hərəkətdə olarkən yolu süpürən qadını vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Avtomobil sonra yolun kənarında olan divara çırpılaraq yararsız hala düşüb. Maşında olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR