Bank Of Baku

ADY: Bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

ADY: Bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
# 02 noyabr 2026 10:44 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC Zəfər Günü və Dövlət Bayrağı Günündə sərnişin tələbatını qarşılamaq üçün 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

"APA-Economics" bu barədə ADY-yə istinadən xəbər verir.

Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək mümkündür..

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR