Ədliyyə Nazirliyi Müsavat Partiyasının son qurultayının nəticələrinin ləğvinə dair şikayəti araşdırır

Ədliyyə Nazirliyi Müsavat Partiyasının son qurultayının nəticələrinin ləğvinə dair şikayəti araşdırır
# 19 avqust 2015 14:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Müsavat Partiyası başqanının müavini Elman Fəttah Ədliyyə Nazirliyinə çağırılıb.

Partiyanın başqanı Arif Hacılı APA-ya bildirib ki, Elman Fəttahın Ədliyyə Nazirliyinə çağırılmasına səbəb Azərbaycanda Demokratiya və Rifah Hərəkatının üzvlərinin Müsavat Partiyasının VIII-ci qurultayının nəticələrinin ləğv olunmasına dair şikayəti olub: “Halbuki belə bir araşdırma Ədliyyə Nazirliyi tərəfindən qurultaydan sonra aparılıb. Həmin araşdırmalardan sonra Ədliyyə Nazirliyi qurultayın nəticələrini təsdiq edib. Üzərindən yarım ildən çox vaxt keçdikdən sonra təkrar belə bir araşdırmanın aparılması absurddur”.

Ədliyyə Naziriliyndən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR