“SOCAR Georgia Gas” bu il Gürcüstanda qazpaylayıcı şəbəkələrin təmir olunmasına 7 milyon lari məbləğində investisiya yatıracaq”.
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov Tbilisidə keçirilən 5-ci Beynəlxalq Caspian Energy Forumunun sual-cavab bölməsində bildirib.
O qeyd edib ki, “SOCAR Georgia Gas” şirkəti Gürcüstanda investisiya öhdəliklərini artıqlaması ilə yerinə yetirib: “Bu o demək deyil ki, biz investisiyaları dayandıracağıq. İndi biz daha çox kommersiya baxımından cəlbedici olan layihələri həyata keçirməkdə maraqlıyıq”.