Ötən il Azərbaycanda 10 prokurorluq əməkdaşı orqandan xaric olunub

Ötən il Azərbaycanda 10 prokurorluq əməkdaşı orqandan xaric olunub
# 01 fevral 2013 13:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Baş Prokuror Zakir Qaralov bu gün keçirilən kollegiya iclasında bildirib. O, qeyd edib ki, xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 21 əməkdaş, o cümlədən 5 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edilib. Bundan başqa 77 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq prokurorluqda qulluğa yeni qəbulun həyata keçirilməsi təmin olunmaqla, müsabiqə nəticələrinə görə müvəffəqiyyət qazanan 47 gənc hüquqşünasın yaxın vaxtlarda vakant vəzifələrə təyinatlarının aparılacağı, ümumilikdə kadr tərkibinin 52 faizdən çoxunun bu yolla işə qəbul olunan gənclər olduğu islahatların uğurlu nəticələri kimi dəyərləndirilib.

Z. Qaralov qeyd edib ki, 2012-ci ildə müxtəlif xətalara yol verdiklərinə görə 62 əməkdaş intizam qaydasında cəzalandırılıb, 6 əməkdaş tutduğu vəzifələrdən azad edilib, xidmətlə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan, «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi»nin tələblərini pozan hərəkətlərə yol verdiklərinə görə 10 əməkdaş prokurorluq orqanlarından xaric olunub. Həmçinin, səlahiyyət hədləri daxilində Respublika Hərbi prokurorunun əmrləri ilə 21 əməkdaş intizam məsuliyyətinə cəlb ediliblər. 2013-cü ildə də xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin eyni prinrsipiallıqla davam etdirilməsi, bütün rəhbər vəzifəli şəxslər tərəfindən möhkəm nizam-intizam yaradılmasına yönəldilən müvafiq təşkilati və digər işlərin görülməsi barədə tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR