Con Kerri və Məhəmməd Zərif arasında növbəti görüş olacaq

Con Kerri və Məhəmməd Zərif arasında növbəti görüş olacaq
# 27 may 2015 23:21 (UTC +04:00)

Bakı-APA. Mayın 30-da İsveçrənin Cenevrə şəhərində ABŞ Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında növbəti görüş baş tutacaq.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentin nümayəndəsi Ceff Ratke bildirib.

“Bu, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın İranla apardıqları danışıqların tərkib hissəsidir”, deyə C.Ratke qeyd edib.

Onun sözlərinə görə, “altılıq” ölkələri iyunun 30-dək İranın nüvə proqramına dair yekun razılaşmanın əldə ediləcəyinə ümid edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR