Oğurluqda təqsirləndirilən Gürcüstan və Azərbaycan vətəndaşlarına hökm oxunub

Oğurluqda təqsirləndirilən Gürcüstan və Azərbaycan vətəndaşlarına hökm oxunub
# 16 mart 2015 10:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Zöhrab Şirinov, Aleksandr Feradze və Həbib Ovçuyevə hökm oxunub.


APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Zöhrab Şirinov 11 il 6 ay, Aleksandr Feradze 10 il 6 ay, Həbib Ovçuyev isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il sentyabrın 24-də tutulublar. Araşdırmalar zamanı onların mənzillərdən oğurluq etdikləri məlum olub.

Onu da qeyd edək ki, Gürcüstan vətəndaşı 52 yaşlı A. Feradze ömrünün 30 ilini həbsxanada keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR