Nazir müavini: «Şahdəniz II» layihəsi Gürcüstan üçün vacib və əhəmiyyətlidir»

Nazir müavini: «Şahdəniz II» layihəsi Gürcüstan üçün vacib və əhəmiyyətlidir»
# 27 mart 2013 09:59 (UTC +04:00)

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın energetika nazirinin müavini İlya Eloşvili bildirib.

Onun sözlərinə görə, «Şahdəniz II» layihəsinə start verildikdən sonra Azərbaycandan qaz alan Gürcüstanın imkanları daha da artacaq: «Bu, eyni zamanda ölkə daxilində istifadə edilən qazın həcminə və mövcud tariflərə də təsir edəcək. Bizim Azərbaycanla belə layihələrin həyata keçirilməsində böyük təcrübəmiz var. Bu, ilk layihə deyil. Bu səbəbdən dövlətlər arasında heç bir problem olmayacaq. Bizə yalnız razılaşma barədə sənədlər imzalamaq lazım olacaq. Bu baxımdan həyata keçirəcəyimiz layihələrin yerinə yetirilməsi daha asan və keyfiyyətli olacaq».

Nazir müavini yeni qaz layihəsinin həyata keçirilməsi işində yeniliklərin də olacağını bildirib: «Əlbəttə, Gürcüstanda qaz təchizatı sahəsində yeniliklər də olacaq. Biz indi qazın nəqli ilə bağlı 5% gəlir götürürük. Şübhəsiz ki, qaz təchizatı artdıqca, tariflər də azalacaq. Bu çox vacibdir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR